Böyük məmnuniyyət hissi ilə bildirmək istərdik ki, baş podratçısı olduğumuz daha bir məktəb inşaası layihəsi üzrə işlərimizi uğurla tamamladıq

Böyük məmnuniyyət hissi ilə bildirmək istərdik ki, baş podratçısı olduğumuz daha bir məktəb inşaası layihəsi üzrə işlərimizi uğurla tamamladıq.

Bu layihə, A.Müzəffərov adına Saray qəsəbəsi 2 №-li tam orta məktəbin inşası layihəsidir. Sözügedən, 2000 şagird yerlik yeni məktəb binasının inşasına “Unico” QSC tərəfindən 2021-ci ilin yanvarında başlanılıb. Ən müasir dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir.

Azərbaycanın gələcəyi olan şagirdlərimizin yüksək səviyyədə təhsil almaları üçün öz imkanlarımızı əsirgəmədiyimizə görə qürur duyur, bu işi bizə etibar etdikləri üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə minnətdarlığımızı bildiririk.
Layihədə əməyi olan hər kəsə təşəkkür edir, növbəti layihələrdə onlara uğurlar arzulayırıq!

Məmnuniyyətlə icrasına başladığımız növbəti layihəmiz haqqında məlumatı sizinlə bölüşmək istərdik

Bu layihə Bakı şəhəri, Nəsimi rayonu, H. Sarabski küçəsi 45a ünvanında yerləşən hotel binasıdır.
 
“Unico” QSC tərəfindən həmin binanın xarici fasad örtüyü işləri, fasad örtüyünün işıqlandırılmasının layihələndirilməsi və icrası işləri həyata keçirilir. Qeyd edək ki, hotel binası üçün fasad örtüyü layihəsi “RIBA” İdarəetmə sistemi mərhələləri üzrə yerinə yetirilir.
 
Layihənin 2023-cu ilin fevral ayında yekunlaşması nəzərdə tutulub.

Qarabağda 960 şagird yerlik tam orta məktəb layihəmizin tikinti işləri uğurla davam edir

Layihə: Ağdam şəhərində 1 nömrəli 960 şagird yerlik tam orta məktəb
Layihədəki rolumuz: Baş Podratçı
Görülən işlər: Söküntü, qazıntı, dəmir beton və metal konstruksiya, fasad, daxili tamamlama, xarici kommunikasiya xəttləri (mexaniki, elektrik və santexnika), landşaft dizayn – abadlıq
Layihənin müddəti: 1 il
Tikinti sahəsi: 4611.8 m2
Ümumi sahə: 2.32 ha
Hündürlük: 16 m
Mərtəbələrin sayı: 3

Saray qəsəbəsində yerləşən 2000 şagird yerlik tam orta məktəbin inşaası yekunlaşmaq üzrədir

Layihə: A.Müzəffərov adına Saray qəsəbəsi 2 №-li tam orta məktəb
Layihədəki rolumuz: Baş Podratçı
Görülən işlər: söküntü, qazıntı, dəmir beton və metal konstruksiya, fasad, daxili tamamlama, xarici kommunikasiya xəttləri (mexaniki, elektrik və santexnika), landşaft dizayn – abadlıq.
Layihənin müddəti: 2020 – 2022
Tikinti sahəsi: 6220 m2
Ümumi sahə: 14210 m2
Hündürlük: 18.6 m
Mərtəbələrin sayı: 4

Saray qəsəbəsində yerləşən 2000 şagird yerlik tam orta məktəbin inşaası uğurla davam edir

Layihə: A.Müzəffərov adına Saray qəsəbəsi 2 №-li tam orta məktəb
Layihədəki rolumuz: Baş Podratçı
Görülən işlər: söküntü, qazıntı, dəmir beton və metal konstruksiya, fasad, daxili tamamlama, xarici kommunikasiya xəttləri (mexaniki, elektrik və santexnika), landşaft dizayn – abadlıq.
Layihənin müddəti: 2020 Noyabr – 2022 Mart
Tikinti sahəsi: 6220 m2
Ümumi sahə: 14210 m2
Hündürlük: 18.6 m
Mərtəbələrin sayı: 4