TƏCRÜBƏÇİLƏRİMİZİN UĞURLARI

Bu il təcrübə proqramına başlayan təcrübəçilərimizin karyera inkişafı uğurla davam edir.
 
Aşağıda adları qeyd olunan təçrübəçilərimiz təcrübə proqramını müvəffəqiyyətlə bitirərək, əldə edilən bilik və təcrübələrdən yararlanaraq kiçik mütəxəssislər kimi şirkətimizin müxtəlif departamentlərində fəaliyyətə başlayıblar.

1️⃣ Hüseyn Qurbanlı
👨🏻‍💻 İR və inzibati məsələlər departamentində “İR və inzibati məsələlər üzrə kiçik mütəxəssis”
2️⃣ Namiq Həbibli
👷🏻Fasad Departamentində “Kiçik memar”
3️⃣ Elmar Xəlilov👨🏻‍💻Satınalma Departamentində “Satınalma üzrə kiçik mütəxəssis”

Yeni əməkdaşlarımıza uğurlar arzulayırıq!

CƏMİYYƏTİMİZİN DİREKTORU İLƏ TƏCRÜBƏÇİLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLMİŞDİR

“Unico” QSC öz ənənəsinə sadiq qalaraq bu il də gənclərə karyeralarında ilk addımları atmaq üçün şərait yaratmışdır. Nəticədə 10 nəfər gənc cəmiyyətimizin həyata keçirdiyi təcrübə proqramından faydalanmaq şansı qazanmışdır.

Həmin təcrübəçilərlə görüşən cəmiyyətimizin direktoru Elçin Axundov onlara şirkətin fəaliyyət dövrü, əsas dəyərləri və inkişaf planları barədə məlumat vermiş, təcrübəçilərə karyera addımlarında uğurlar arzulamışdır.

Sonda təcrübəçilərin sualları direktor tərəfindən cavablandırılmışdır.

Böyük məmnuniyyət hissi ilə sizinlə şirkətimizdə işə başlayan təcrübəçilər haqqında məlumat paylaşırıq

1️⃣ Samir Qəniyev – Planlama üzrə təcrübəçi 👷🏻‍♂️
Bakı Mühəndislik Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə Bakavr təhsili almışdır. Azərbaycan və ingilis dillərini bilir.

2️⃣ Elmar Xəlilov – Satınalma üzrə təcrübəçi 👨🏻‍💻
Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin idarəedilməsi” ixtisası üzrə bakalavr təhsili, Türkiyənin Anadolu Universitetində isə “Biznesin idarəedilməsi” ixtisası üzrə magistr təhsili almışdır. Azərbaycan, türk, rus və ingilis dillərini bilir.

Təcrübəçilərimizə xoş gəldin deyir və onlara bu yeni təyinatlarında uğurlar arzu edirik!

Keçən il “Ağıllı Gənc Mühəndis” bu il “Gələcəyə Addım”

Tələbələrin bakalavr və magistr pillələri üzrə təhsillərini başa vurmamışdan, sonuncu yay tətillərində ixtisasları üzrə müvafiq təcrübəyə yiyələnməsinə köməklik göstərmək, nəticədə bakalavr/magistr təhsillərini bitirdikdən sonra qazandıqları təcrübələrdən yararlanaraq peşəkar fəaliyyətlərinə başlamaqlarına dəstək olmaq məqsədi ilə 2021-ci ildən etibarən həyata keçirdiyimiz “Yay Təcrübə Proqramı” bu il də uğurla davam edir.

Müxtəlif departamentlərimizdə karyeralarının ilk addımlarını atan təcrübəçilərimiz:

1. Leyla Bəylərova
🏫 Selçuk Universiteti, İnteryer Dizayn
👷🏻 “PBA” QSC törəmə şirkətimizdə “Dizayn və memarlıq üzrə təcrübəçı”

2. Fatimə Mustafayeva
🏫 Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə Menecmenti
👷🏻 “Unico” QSC-nin Satınalma Departamentində “Satınalma üzrə təcrübəçi”

3. Namiq Həbibli
🏫 Milan Politexnik Universiteti, Memarlıq və şəhərsalma dizaynı
👷🏻 “Unico” QSC-nin Fasad Qrup Departamentində “Fasad dizaynı və memarlığı üzrə təcrübəçi”

4. Tamilla Əhmədli
🏫 Orta Şərq Texniki Universiteti, Memarlıq
👷🏻 “PBA” QSC törəmə şirkətimizdə “Dizayn və memarlıq üzrə təcrübəçı”

Təcrübəçilərimizə karyeralarında uğurlar arzulayırıq!

UNEC-də “Gələcəyə Addım” təcrübə proqramının təqdimatı keçirilib

27 May 2022-ci il tarixində “Unico” QSC-nin İnsan Resursları və İnzibati Məsələlər üzrə Meneceri Kamil Hüseynov “Azərbaycan Dövlət İqtisad Universiteti”ndə bakalavr pilləsinin sonuncu kursunda təhsil alan tələbələr və məzunlar üçün “Unico” QSC-nin “Gələcəyə Addım” adlı təcrübə proqramının təqdimatını keçirib. Daha sonra tələbələrin şirkət və təcrübə proqramı haqqında sualları cavablandırılıb. Sonda universitet nümayəndələri və tələbələr “Unico” şirkətinə bu kimi təcrübə proqramları keçirərək onları daim düşündükləri üçün təşəkkür etdilər.