Əməkdaşlarımız növbəti təlimlərini uğurla başa vurdular

3 ay davam edən “Başlanğıcdan – Orta səviyyədən yuxarı” adlı treyninq peşəkar təlmiçi Əfsanə Bağırova tərəfindən “Microsoft Excel” və “Microsoft Word”-un bütün tələb və kriteriyalarına uyğun olaraq keçirilmişdir.

Məlumat üçün qeyd etmək istərdik ki, şirkətimizin İnsan Resursları və İnzibati Məsələlər Departamenti dövri olaraq əməkdaşlarının bilik və bacarıqlarını artırmaq məqsədi ilə işçilər üçün müvafiq sahələrə uyğun olaraq treyninq və ixtisasartırma kurslarını təşkil edir.

“ASSA ABLOY Opening Solutions” şirkətinin Orta Şərq və Türkiyə üzrə E-Biznes və Marketinq Meneceri Mriona Tous “Unico” heyəti üçün 2 günlük marketinq təlimi keçirəcək

16 İyun 2022-ci il tarixində “@ASSA ABLOY Opening Solutions” şirkətinin Orta Şərq və Türkiyə üzrə E-Biznes və Marketinq Meneceri Mriona Tous “Unico” heyəti üçün 2 günlük marketinq təlimi keçirəcək.

Təlimin aşağıdakı mövzuları əhatə edəcək:

– ASSA ABLOY Brend Təqdimatı
– Yale Brend Təqdimatı
– e-ticarət strategiyası
– Sərgilər
– Tədbirlər

ASSA ABLOY “EMEA”-nın Girişə Nəzarət Həlləri üzrə Texniki Rəhbəri Riçard Hall “Unico” heyəti üçün 3 günlük “Incedo” təlimi keçir

7 iyun 2022-ci il tarixindən etibarən ASSA ABLOY “EMEA”-nın Girişə Nəzarət Həlləri üzrə Texniki Rəhbəri Riçard Hall “UNICO” heyəti üçün 3 günlük “Incedo” təlimi keçirir.

Günlər üzrə təlim mövzuları:

07 iyun 2022-ci il – Cihaz İcmalı: Incedo Sistemi Arxitekturası.
08 iyun 2022 – Sistem Quraşdırma.
09 iyun 2022 – Etiket sahibinin qeydiyyatı.

Bütün iştirakçılara uğurlar arzulayırıq!

2 gün müddətində ASSA ABLOY Group şirkətinin aparıcı brendlərindən olan Finlandiyanın “Abloy” brendinin məhsulları üzrə texniki təlim

25 May 2022-ci il tarixindən etibarən 2 gün müddətində ASSA ABLOY Group şirkətinin aparıcı brendlərindən olan Finlandiyanın “Abloy” brendinin məhsulları üzrə texniki təlim təşkil olunur. Təlim Abloy şirkətinin Regional Direktoru Tanel Värk və Layiə Meneceri / Təlimçi Pavel Pilman tərəfindən keçirilir.

Cəmiyyətimizin baş ofisində keçirilən bu təlim həmkarlarımız və partnyotlarımız üçün nəzərdə tutulub.

Təlimin mövzusu “Abloy” brendinin yeni məhsulları – mexaniki şkaflar, qapı bağlayıcılar, çaxnaşma və təxliyə sistemləri, silindrlər, sənaye asma kilidlər haqqında və brendin başqa yeniliklərində ibarətdir.

İştirakçılara uğurlar arzu edirik!

“SƏTƏMM” heyəti tərəfindən Mina Təhlükəsizliyinə dair maarifləndirilmə məqsədli təlimlər keçirilərək “ANAMA” tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim edilir.

İşğaldan azad olunmuş ərazilərdə davam edən layihələrimizdə işçilərin təhlükəsizliyini tam təmin etmək üçün “SƏTƏMM” heyəti tərəfindən Mina Təhlükəsizliyinə dair maarifləndirilmə məqsədli təlimlər keçirilərək “ANAMA” (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) tərəfindən hazırlanmış təlimat kitabçaları təqdim edilir.