Camal Ağayev

Spesifikasiya və Qiymətləndirmə üzrə menecer
1 sentyabr 2022-ci il tarixindən "Unico" şirkətinin Spesifikasiya və Qiymətləndirmə Meneceri olan Camal Ağayev 1996-cı il iyulun 3-də Bakıda anadan olub.

Cənab Ağayev 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmiş və Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

Cənab Ağayevin 5 ildən artıq iş təcrübəsi var.

Cənab Ağayev doğma Azərbaycan dili ilə yanaşı, ingilis, türk və rus dillərini də bilir.