Mircəfər Cəfərov

Strategiya və Biznesin İnkişafı üzrə Direktor müavini
17 yanvar 2022-ci ildən "Unico" şirkətinin Strategiya və Biznesin İnkişafı üzrə Direktor müavini vəzifəsində çalışan Mircəfər Cəfərov 1990-cı il mayın 9-da Bakıda anadan olub.

2011-ci ildə Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirib və Ümumi İqtisadiyyat (Maliyyə və Kredit) ixtisası üzrə bakalavr dərəcəsi alıb.

Cənab Cəfərovun biznes strategiyalarının işlənib hazırlanması, idarə edilməsi və həyata keçirilməsi, korporativ idarəetmə və mühasibatlıq proseslərinin qiymətləndirilməsi, layihələrin kommersiya aspektinin idarə edilməsi və təhlili sahəsində 9 ildən artıq təcrübəsi vardır.

Cənab Cəfərov doğma Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərini də bilir.